Monako"nun yarımmüdafiəçisi Tomas Lemarın adı İngiltərənin "Liverpul" və "Arsenal" klubları ilə hallanır.

Offsideplus.az.az xəbər verir ki, məsələyə knyazlıq klubunun baş məşqçisi Leanardo Jardim münasibət bildirib. Portuqaliyalı mütəxəssis bildirib ki, Lemar qış transfer dönəmində klubdan ayrılamacaq. Çalışdırıcı adı "Mançester Yunayted"lə hallanan 24 yaşlı Fabinyonun da komandada qalacağını açıqlayıb:

"Monako"nun qışda oyunçu satmaq alışqanlığı yoxdur. Bu, bizim strategiyamızdır. Futbolçularımız da bunu yaxşı anlayır".

Qeyd edək ki, 22 yaşlı Lemar və braziliyalı Fabinyo 2015-ci ildən "Monako"da çıxış edirlər.