“Monako”nun futbolçusu Radamel Falkao başı bəladadı.
Offsideplus.az xəbər verir ki, İspaniya məhkəməsi hücumçunu vergidən yayınmaqda ittiham edərək həbs və pul cəzası kəsib.
Belə ki, onun Madrid “Atletiko”sunda çıxış etdiyi 2011-2013-cü illərdə gəlirlərini az göstərərək, üst-üstə 6 milyona avroya yaxın pulu dövlətdən gizlətdiyi sübut olunub. Kolumbiya və Vircinya adaları üzərindən maxinasiyalar edən futbolçu haqqında 16 ay həbs qərarı verilib.
Ancaq Falkao həbsxanada olmayacaq. İspaniya qanunlarına görə, həbsxanaya yalnız 2 ildən artıq cəzaya məruz qalanlar salınır. Ona görə də, kolumbiyalı futbolçuya yalnız 9 milyon avro cəriməni ödəmək lazım gələcək.(apasport.az)