PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçusu Anxel Di Mariyanın tərəfini tutub.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə Di Mariya Lionel Messi PSJ-yə gələrsə, məmnun olacağını bildirmişdi. Buna "Barselona"nın çalışdırıcısı Ronald Kuman acıqlanmış və bu cür açıqlamaların "Barsa"ya hörmətsizlik olduğunu qeyd etmişdi.
Argentinalı mütəxəssis isə "Onda Cero"ya belə açıqlama verib:
"Ondan (Anxel Si Mariya) Messi ilə oynamaq istəyib-istəmədiyini soruşdular... Nə cavab verməsini istəyərdiniz? Bu "Barselona"ya hörmətsizlik deyil. Mövzudan kənar şşeylər düşünməyək".