Dünyanın ən bahalı transferinə imza ataraq Neymarı 222 milyon avroya transfer edən Fransanın PSJ klubu 3 ildə böyük məyusluq yaşayıb.

Offsideplus.az xəbər verir ki, Paris klubunda tez-tez zədələnən ulduz futbolçu koronavirus pandemiyası səbəbindən də əksər futbolçular kimi meydandan uzaq qalıb. 

2017-ci ildə "Neymar əməliyyatı" adı ilə transfer edilən futbolçu bu müddət ərzində klubun 155 oyunundan cəmi 80-ində meydana çıxıb. Bu baxımdan 51 faiz göstəricisi olan futbolçu hər mövsümdə ortalama 26 matçda meydanda olub. 

Braziliyanın illik qazancı 37 milyondur. Hər oyuna 1,4 milyon avro alan futbolçuya 80 oyun üçün ümumilikdə 111 milyon avro maaş ödənib.