"Monako" "Çelsi"nin daha bir futbolçusunu heyətinə qatmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, bir neçə gün öncə Sesk Fabreqası transfer edən komanda indi də London klubundan Miçi Batşuayini icarəyə götürür. Artıq tərəflər arasında danışıqların müsbət yekunlaşdığı və belçikalı hücumçunun sabah fransızlarla müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, Batşuayi bu mövsümün ilk hissəsini icarə əsasında "Valensiya"da keçirib.