Atletico-nun futbolçusu Antuan Qrizmann İspaniya mətbuatına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, xəyalları barədə danışan fransız futbolçu karyerasını ABŞ-da bitirmək istədiyini deyib:
“ABŞ-ın MLS liqasında oynamaq istəyirəm. Karyeramı da orda bitirməyi düşünürəm. Onlar fərqli düşüncəyə sahibdirlər. Həmçinin, amerikan futbolunu və ölkəni çox sevirəm. Orda olduğum zaman heç kim məni tanımayacaq.“Qızıl top”u qazanmaq ən böyük xəyallarımdandır. Dünya çempionu olmaq, Çempionlar Liqasını qazanmaq kimi xəyallar da qururam. Üç uşağım olsun deyə də xəyal qururam. Xəyallar insanı daha çox motivasiya edir”.