Barcelona-nın forvardı Luis Suares futbol üzrə İspaniya çempionatının 10-cu tur matçında Real üzərində qazanılan 5:1 hesablı qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı uruqvaylı het-trik etdiyi oyun barədə danışarkən rəqibə söz göndərməyi də unutmadı:

 "İkinci yarıda Real vəziyyəti düzəltmək istədi, məqamlar yaratmağa başladı və qol vurdu. Rəqib hücumlarını davam etdirdi, amma biz yaxşı iş gördük. Boş zonalardan istifadə edə bildik. Əlbəttə ki, Lionel Messi bizimlə oynadığı zaman daha yaxşıdır, o, dünyanın ən yaxşı futbolçusudur. Lakin biz bir komanda kimi öz oyunumuzla fəxr etməliyik. Göstərdik ki, yaxşı məşqçi ilə Messisiz də əla komandayıq".