Barcelona-nın uruqvaylı ulduzu Luis Suarez qatıldığı televiziya proqramında maraqlı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Suarez Messi barədə onun dünyanın ən yaxşısı olduğunu düşünür "Komandaya Çempionlar Liqası və La Liqanı qazanmağa gəlmişdim. Dünyanın ən yaxşı futbolçular ilə birgə oynayıram. Dünyanın yaxşısı olan Messi ilə oynayıram. Gələcəkdə nəvələrimə dünyanın ən yaxşısı birgə çiyin-çiyinə vuruşduğumu deyəcəyəm."
2014-cü il Dünya Çempionatı çərçivəsində keçirilən İtaliya-Uruqvay matçında Kyellinini dişləməsi ilə bağlı da danışan futbolçu "Barcelona-da ilk matçlarda niyə oynamadığımı qızıma açıqlamaq çox çətin olmuşdu. Bir xəta olduğunun fərqində idim. Ən çox acı verən isə Dünya Çempionatını yarımçıq tərk etmək olmuşdu." deyib.