PSG-nin futbolçusu Neymar sabiq klubu Barcelona ilə məhkəmədə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, Neymar Barcelona-dan 28,6 milyon avro tələb edir. Braziliyalı futbolçu Barcelona ilə müqaviləni 2021-ci ilə qədər uzadarkən, belə bir bənd olub ki, 40 milyon bonus əldə edəcək.

Bu bonus isə futbolçuya iki mərhələdə ödənilməliymiş. Neymar ilkin mərhələdə 14 milyon alıb. Ancaq PSG-yə keçəndən sonra “Barselona” 26 milyonu ödəməyib.

Klub bunu onunla əsaslandırıb ki, braziliyalı 2021-ci ilə qədər komandada qalmayıb. Neymar məhkəməyə müraciət edərək, 26 milyonu və əlavə olaraq 2,6 milyon avro kompensasiya kimi tələb edir.

Öz növbəsində Barcelona da məhkəməyə üz tutub. Kataloniya nəhəngi Neymardan 75 milyon avro tələb edir. (komanda.az)