Barcelona klubu müğənni Berkay Şahini döyərək burnunu sındıran və xəstəxanaya silahla hücum edən Arda Turanla bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, türk futbolçunun müqavilə ilə məxsus olduğu Kataloniya klubunun mətbuat katibi Josep Vives bu barədə danışıb.

"Baş verənlər bizi də kədərləndirir. Türkiyədən gələn xəbərlər xoş deyil. Arda yaxından tanıdığımız, dostluq münasibətlərimiz olan futbolçudu. Olaylardan xəbərimiz var, prosesi izləyirik, lakin bu hadisə ilə bağlı hər hansı əlavə şərh vermək istəmirik" deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Arda Turanla bağlı cinayət işi açılıb. Prokurorluq futbolçunun cinsi təzyiq, qəsdən sağlamlığa zərər vurma və qanunsuz silah gəzdirmə ittihamı ilə 3,3 ildən 12,5 ilədək həbsini tələb edib. "Başakşəhər" isə 31 yaşlı yarımmüdafiəçini 2,5 milyon lirə cərimə edib.(fanat.az)