“Barselona”nın gənc futbolçularından biri olan Pau Cubarsi klubla yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı müdafiəçi 2029-cu ilə qədər Kataloniya təmsilçisində qalacaq. Klubun rəsmi açıqlamasına görə, Cubarsinin yeni müqaviləsində sərbəst qalma məbləği 500 milyon avro müəyyən edilib.
Qeyd edək ki, Pau bu mövsüm “Barselona"nın heyətində 36 matçda iştirak edib. 3 dəfə məhsuldar ötürmə müəllifi olub.