"Real"ın futbolçusu Dani Sebalyos karyerasını İspaniya La Liqasının digər klubunda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.

Mənbəyə görə, yarımmüdafiəçi "Betis"in diqqət mərkəzindədir. "Kral klubu"nun heyətində forma şansı tapmaqda çətinlik çəkən oyunçu yanvarda komandasından ayrıla bilər. 

Qeyd edək ki, Sebalyosun "Real"la müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.