"Liverpul"un sabiq baş məşqçisi Jurgen Klopp karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, məlumatı "Mirror" yayıb.
Mənbəyə görə, təcrübəli mütəxəssis "Real"ı çalışdıra bilər. Madrid təmsilçisi Karlo Ançelotti ilə yollarını ayırmaq qərarına gəlib. Belə olan təqdirdə boş qalan posta Kloppun dəvət ediləcəyi bildirilir.
Qeyd edək ki, Klopp 2015-2024-cü illərdə "Liverpul" uğurları üçün çalışıb.