"Real"ın gənc ulduzu Arda Gülər karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Planeta" məlumat yayıb. 

Mənbəyə görə, türkiyəli yarımmüdafiəçi "Bayer"in diqqət mərkəzindədir. Son çempion Ardanı heyətinə qatmaqda israrlıdır. Alonsonun məsələ ilə bağlı Madrid təmsilçisinə zəng etdiyi də bildirilir.

Xatırladaq ki, futbolçu 2024/25 mövsümündə "kral klubu"nun heyətində 11 matçda cəmi 292 dəqiqə meydana çıxıb.