"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Sport" yayıb.

Mənbəyə görə, türkiyəli oyunçu "Barselona"nın diqqət mərkəzindədir. Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik transferin gerçəkləşməsi üçün yaxından maraqlanır. Güman edilir ki, yanvarda bütün suallara aydınlıq gələcək.

Qeyd edək ki, Yunus Akgün cari mövsüm 14 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.