"Barselona" futbolçusu Mark Kasado ilə bağlı yekun qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano yayıb.

Mənbəyə görə, "Mançester Yunayted" və "Liverpul"un diqqət mərkəzində olan oyunçu komandanın gələcək lahiyəsində yer aldığı üçün başqa kluba keçidinə müsbət baxılmayıb.

Qeyd edək ki, bu yaxınlarda "Barselona" ilə müqaviləsini 2028-ci ilə qədər yeniləyən 21 yaşlı yarımmüdafiəçisinin anlaşmasına 100 milyon avroluq sərbəst qalma maddəsi daxil edilib.