Arda Güler mövsümün sonunda geri qayıda bilər.

Offsideplus.az xəbər verir ki, Joze Mourinyo qış "transfer pəncərəsi"ndə gənc ulduzun mövsümün sonuna qədər icarəyə götürülməsini istəyir. Bu barədə İspaniya mediasından "El-Nacional" məlumat yayıb.

Mourinyonun Ardanın keçidi üçün "Real"ın prezidenti Florentino Perez ilə görüşdüyü qeyd olunub.

Xatırladaq ki, futbolçu 2024/25 mövsümündə "kral klubu"nun heyətində 11 matçda cəmi 292 dəqiqə meydana çıxıb. Qarşılaşmaların heç birində fərqlənməyi bacarmayıb.