"Real Madrid"in hücumçusu Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, forvard "Əl-Hilal"ın diqqət mərkəzindədir.
Mənbəyə görə, transferin baş tutması üçün "Kral klubu"na yüksək məbləğ təklif ediləcək.
Sözügedən oyunçunun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.