Barcelona-nın yeni transferlərindən Arturo Vidal komandadakı vəziyyətindən narazıdır.
Offsideplus.az xəbər verir ki, oyun təcrübəsi baxımından əziyyət çəkən çilili yarımmüdafiəçi Çempionlar Liqasının “Tottenhem”lə səfər oyununda (4:2) ilk dəqiqələrdən meydanda olacağını gözləsə də, Ernesto Valverde matçın sonlarında ona şans verib. Bu isə təcrübəli oyunçunun xoşuna gəlməyib. Vidal artıq məsələylə bağlı öz meneceri və baş məşqçisini məlumatlandırıb. Buna görə konfliktə girmək istəmədiyini də əlavə edib.
Xatırladaq ki, Barcelona rəhbərliyi Vidala daim əsas heyətdə oynayacağı ilə bağlı söz verdiyi üçün çilili futbolçu Milan İnter-inin təklifindən imtina edib. Geridə qalan 9 oyunda isə futbolçu cəmi 176 dəqiqə meydanda olub.