Xames Rodriqes La Liqaya dönməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, kolumbiyalı vinger "Rayo Valyekano" klubuna keçə bilər. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Xames İspaniya klubu ilə 1+1 illik müqavilə imzalayacaq. Müqavilənin son detalları müzakirə olunur.

Qeyd edək ki, əvvəllər "Real Madrid"in formasını geyinmiş 33 yaşlı futbolçunun son klubu "San-Paulu" olub.