"Barselona" xorvatiyalı yarımmüdafiəçi ilə yeni müqavilə bağlayacaq.
Offsideplus.az xəbər verir ki, söhbət İvan Perişiçdən gedir.
Yarımmüdafiəçi "Hayduk"la müqaviləsini başa çatdırdıqdan sonra sərbəst oyunçu statusu alıb. Hans-Diter Flik 35 yaşlı futbolçu ilə şəxsən əlaqə saxlayıb və ona "Barselona"da karyerasını davam etdirməyi təklif edib. Xorvatiyalı futbolçu bu təklifi dərhal qəbul edib.
Perişiç Xorvatiya millisinin heyətində 134 matçda 33 qol vurub.