Barcelona-nın müdafiəçisi Jerar Pike və hücümçusu Leonel Messi arasında anlaşılmazlıq yaranıb.

Offsideplus.az xəbər verir ki, bir müddət öncə argentinalı hücümçu Lionel Messi klubun müdafiəçilərinə inamsız oynadıqlarına görə irad tutmuşdu. Ötən gün isə İspaniyanın məşhur TV verlişlərindən olan El Chiringuito-nun qonaqlarından biri olan Jerar Pike Messidən narazı olduğunu bildirib. Müdafiəçinin fikrinə görə Messi klubun çətin dönəmlərində mediaya açıqlama verməkdən yayınır. Həmçinin Pikenin fikrinə görə Messi kapitanlıq sarğısını daşıdığına görə öz üzərinə daha çox məsuliyyət götürməlidir.