"Real" ABŞ-dəki təlim-məşq toplanışını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, Şarlottada klubun şərəfinə tədbir təşkil olunub. Meklenburq Hökumət Mərkəzində baş tutan mərasimdə “Real"ın beynəlxalq institusional əlaqələr üzrə direktoru Emilio Butraqano, peşəkar futbol direktoru Santiaqo Solari və klubun keçmiş müdafiəçisi, braziliyalı Roberto Karlos iştirak edib.

Qonaqları mer vəzifəsini icra edən Dante Anderson qəbul edib. Tədbirdə "Real"a şəhərin açarı təqdim olunub.

Qeyd edək ki, Madrid təmsilçisi avqustun 7-də Şarlottada "Çelsi" ilə üz-üzə gələcək.