"Real" Alfonso Devisi heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi kanadalı üçün "Bayern"lə danışıqlara başlayacaq. "Kral" avqusta Münhen klubuna yeni təklif göndərəcək. Almanlar bunu qəbul etməsə, ispanlar futbolçudan imtina edəcək.

Qeyd edək ki, oyunçunun "Bayern"lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.