"Real" Naço Fernandes üçün vida mərasimi təşkil edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tədbir iyulun 24-də, klub prezidenti Florentino Peres iştirakı ilə baş tutacaq.

Karyerasını ərzində yalnız "Real"da çıxış edən müdafiəçi "kral klubu" ilə ümumilikdə 475 oyunda 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.