Barselonanın forvardı Luis Suares keçmiş komanda yoldaşı Neymarın "Real"a keçəcəyinə

inanmadığını bildirib.

Neymar Barselonadan getməklə düzgün addım atıb?

– Neymar kifayət qədər yaşa malik adamdır. O hansı qərarı qəbul etdiyini çox yaxşı anlayır. Sözsüz ki, getmək onun üçün asan deyildi. Belə ki, burada özünü yaxşı hiss edirdi. Lakin yeni bir atmosferdə özünü yoxlamaq istəyirdi.

Bu başadüşülən qərardır. Bu qərarı o , ailəsi ilə birlikdə qəbul edib.Biz onu qınamırıq, əksinə hörmətlə yanaşır və onu çox sevirik.

– Şayilərə dolaşır ki, Reala keçə bilər.

– İnanmıram. Neymarın nəyi xoşladığını çox yaxşı bilirəm. O , "Barselona"nı çox sevir. İnanmıram ki, "Real"a keçsin.