"Villarreal"ın prezidenti Fernando Rodj Alfonso haqda məhkəmə həbs qərarı çıxarıb.
Offsideplus.az AS qəzetinə istinadən xəbər verir ki, buna səbəb onun vergilərdən yayınması olub.
Belə ki, 2004-2005-ci illərdə klubun arenasında görülən təmir və yenidənqurma işləri zamanı maliyyə hesabatı bilərəkdən az qeyd edilib.
Buna görə də Alfonso haqda məhkəmə 11 ay 28 günlük həbs qərarı verib.
La Liqa təmsilçisi hökmdən apellyasiya şikayəti edəcəyini açıqlayıb.