"Barselona"nın prezidenti Joan Laporta klubun "Atletik"in hücumçusu Nikolas Uilyamsı almaq niyyətində olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:
“İqtisadi nöqteyi-nəzərdən bu gün Nikolas Uilyamsı almağa imkanımız var.
Mən onu həqiqətən bəyənirəm. Bunun üzərində işləməyi Dekuya həvalə edəcəyik. Ümid edirəm ki, bizi yaxşı xəbərlər gözləyir”.