"Atletiko” futbolçusu Anxel Korreanın müqaviləsini yeniləyib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı futbolçunun müqaviləsinin müddətini 2024-cü ilə qədər uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.
Argentinalı futbolçunun illik məvacibinin nə qədər olacağı açıqlanmayıb.
“Atletiko” Korreanı 2014-cü ildə 7,5 milyon avro qarşılığında Argentinanın “San Lorenso” klubundan transfer etmişdi.
Cari çempionatda 6 oyunda iştirak edən Korrea, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.