"Real Madrid", "Tottenhem" və "Los Angeles"in sabiq futbolçusu Qaret Beyl VAR texnologiyasının futbola təsirini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə o, “SkySports”a açıqlama verib:
“VAR futboldakı ziddiyyətləri aradan qaldırmalı idi, lakin o, vəziyyəti daha da pisləşdirdi. Məndən olsa insan səhvi daha yaxşıdır.
Yavaş çəkimdə hər şey real vaxtdan daha pis görünür. Bu mənim xoşuma gəlmir. VAR-dan istifadə edilməməsini istəyirəm”.