"Real Madrid", "Barselona" və "Çelsi" "Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxelianı transfer etmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, "Kvara" ilə “Mançester Siti” və “Nyukasl” klubları da maraqlanır. “Napoli” 22 yaşlı istedadlı futbolçusu üçün böyük məbləğ tələb edir. Neapol təmsilçisi futbolçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, 2022-23 mövsümündə “Napoli”nin A Seriya çempionluğu zamanı Kvaratsxeliya 43 matçda 14 qol və 17 məhsuldar ötürməyə imza atıb.