Madrid "Real"ının braziliyalı vingeri Vinisius Junior ötən mövsüm üçün La Liqanın ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, mükafat İspaniya Futbolçular Assosiasiyası tərəfindən təqdim edilib.

Braziliyalı futbolçu təşkilata minnətdarlığını ifadə edib və gələcəkdə də yüksək səviyyədə çıxış edə biləcəyinə ümidvar olduğunu bildirib.