"Barselona" klubu futbolçusu ilə uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.
Offsideplus.az "Sport"a istinadla xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin mərkəz yarımmüdafiəçisi Frenki de Yonqdan gedir.
"Barselona" rəhbərliyi 26 yaşlı niderlandlıya uzunmmüddətli müqavilə təklif edib.
Qeyd edək ki, onun hazırkı sözləşməsi 2026-cı ilə qədərdir.