"Atletiko"nun futbolçusu Aksel Vitsel Eden Hazardın peşəkar karyerasını başa vurmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, belçikalı aşağıdakıları deyib:
"Eden mənim qardaşımdır. Uzun illər millidə bir yerdə oynamışıq. Fikrimcə, onun fantastik karyerası olub. Ancaq son illərdə hər şey bir az daha mürəkkəbləşdi. Düşünürəm ki, o, karyerasının son iki ili ona baha başa gəldiyi üçün bu qərarı verib. Futbolçu ciddi zədə alanda özünü mənəvi baxımdan çox yaxşı hiss etmirdi. Nəhayət, hər gün məşqə davam etmək istəyinizin olub olmadığını hiss etməlisiniz. Bədəniniz və başınız bunu sizə deməlidir”.