“Barselona” klubunun zədəli futbolçusu Frenki de Yonqun durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, La Liqanın 6-cı turunun “Selta” ilə matçında (3:2) topuğundan zədələnən niderlandlı yarımmüdafiəçi bir müddət meydana çıxa bilməyəcək.
Onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı qeyd olunur.
Qeyd edək ki, De Yonq bu mövsüm meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.