"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə çalışır.
Offsideplus.az "Football Espana"ya istinadla xəbər verir ki, Kataloniya təmsilçisi, Madrid "Atletiko"sunun hücumçusu Joao Feliksi sıralarına qatmaq niyyətindədir.
"Barselona"nın 23 yaşlı portuqaliyalı üçün rəsmi danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Feliksin "Atletiko" ilə 2027-ci ilədək müqaviləsi var.