İspaniyanın "Barselona" klubunun mərkəz yarımmüdafiəçisi Qavi yeni forma nömrəsi seçib.

 Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 19 yaşlı futbolçu bundan sonra Kataloniya təmsilçisində 6 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Qavi bundan əvvəl 30 nömrəli forma geyinirdi.

Maraq üçün qeyd edək ki, "Barselona"nın baş məşqçisi Xavi Ernandes də vaxtilə bu nömrə altında çıxış edib.