"Valensiya" klubu Edinson Kavani ilə yolları ayırdığını təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqavilə vaxtından əvvəl ləğv olunub.

36 yaşlı oyunçunun "Boka Xuniors"a keçəcəcəyi gözlənilir.

Qeyd edək ki, Kavani ötən mövsüm "Valensiya"nın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini verib.