Madrid "Atletiko"su heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, La Liqa təmsilçisi, PSJ-nin mərkəz yarımmüdafiəçisi Marko Verrattini sıralarına qatmağa çalışır.

Məlumata görə, Madrid klubu 30 yaşlı italiyalı futbolçunun keçidini bu yay həll etməyi düşünür.

Qeyd edək ki, Verrattinin PSJ ilə 2026-cı ilədək müqaviləsi var.