"Barselona" yeni transferini açıqlamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Atletiko Paranaense"dən Vitor Rokeni heyətinə cəlb edəcək. Bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb.
18 yaşlı hücumçu 2024-cü ilin yanvarında komandaya qoşulacaq. "Barselona" Braziliya klubu ilə 30 milyon avroluq razılıq əldə edib.
Bundan əlavə, performansından asılı olaraq 26 milyon avro, "Qızıl Top"da ilk "3-lük"də qərarlaşsa, 5 milyon avro ödəniş edəcək.