"Real Madrid" rəhbərliyi Luka Modriçin futbolçu karyerasını bitirəndən sonra klubdan getməsini istəmir.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" xorvatiyalı ulduza karyerasını bitirdikdən sonra klubda qalmağı təklif edib.
Vəzifə seçimini isə oyunçu özü edəcək: Ya klubun rəsmi səfirlərindən biri olacaq, ya da klubun məşqçilər heyətinə daxil olacaq.