İspaniyanın "Barselona" klubu futbolçusunu sata bilər.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin mərkəz yarımmüdafiəçisi Frenki de Yonqdan gedir.
La Liqa təmsilçisi 26 yaşlı futbolçu üçün ediləcək təkliflərə açıqdır.
Bildirək ki, De Yonqla "Bavariya" və "Mançester Yunayted" maraqlanır.