2022/23 mövsümünü icarə əsasında “Çelsi” klubunda keçirən Madrid “Atletiko”sunun forvardı Joao Feliks yayda İngiltərənin başqa klubuna keçirə bilər.
Offsideplus.az xəbər verir ki, “zadəganlar”ın yeni baş məşqçisi Maurisio Poçettino onu heyətdə saxlamaq fikrində deyil.
Portuqaliyalı hücumçu iş yerini dəyişmək məcburiyyətindədir. “Aston Villa” və “Vulverhempton” kimi klublar Feliksin xidmətində maraqlıdır.