"Real Madrid" Naço Fernandes ilə yeni müqavilə bağlayacaq. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu" 33 yaşlı müdafiəçi ilə sözləşmənin müddətini 2024-cü ilin yayınadək uzadacaq. Bu barədə "Marca" məlumat yayıb. 

Naço "Real Madrid"də qalıb, komandanın birinci kapitanı olacaq. 

Qeyd edək ki, ispan oyunçu 2011-ci ildən Madrid klubunda çıxış edir.

 

Günay Xəlil