"Real"ın (Madrid) hücumçusu Benzema Səudiyyə Ərəbistanı hökümətindən iki mövsüm ərzində 200 milyon avro qazana biləcək təklif alıb.

 

Offsideplus.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Təklifdə imic hüququ və reklamdan əlavə gəlir, sözügedən ölkədə karyerasını davam etdirmə şansı, uşaqları üçün məktəbin seçilməsi, həmçinin Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu ildə keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etmək üçün ediləcək təklifin səfiri olması kimi seçimlər təqdim olunub. Bundan əlavə, forvardın vergidən azad oluna biləcəyi bildirilir.

Bildirilir ki, məşqçilər korpusu və “Real"(Madrid) rəhbərliyinin bəzi üzvləri Benzemanın bu yay təklifi qəbul edib klubdan ayrılmağı düşündüyündən şübhələnirlər.

Komandanın kapitanının mövsümün son hissəsindəki davranışı da klubu çaşdırır – xüsusən də onun “Xetafe” ilə oyundan əvvəl İspaniya kubokunun təqdimat mərasimində iştirak etməməsi və “Mançester Siti”yə uduzduqdan sonra mətbuata açıqlama verməkdən imtina etməsi ( Çempionlar Liqasının yarımfinalında).

Kərim Benzemanın "Kral klubu" ilə müqaviləsi iyunda başa çatmalı olsa da, keçən ilin oktyabrında "Qızıl top"u qazandıqdan sonra avtomatik olaraq yenilənib. Amma buna baxmayaraq, rəsmi olaraq, bu barədə hələlik məlumat verilməyib.

Fəqan İbrahimli