“Qranada” klubu növbəti mövsüm La Liqada çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, Pako Lopesin komandası 42 matçda 75 xalla 2-ci liqada birinci yeri tutub. nlar aşağı liqaya düşdükdən 1 il sonra yüksək liqaya qayıdırlar.

2-ci yer 72 xalla "Las Palmas" a məxsusdur. Klub 2017/18 mövsümündən sonra ilk dəfə La Liqada çıxış edəcək.

Bildirək ki, "Levante", "Alaves", "Eybar" və "Albasete" yüksək liqaya yüksəlmək hüququ üçün pley-offda iştirak edəcək .