İspaniyada irqçi davranışlara məruz qalan Vinisius Juniorun "Real Madrid"dən ayrılacağı iddia olunurdu. 

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti braziliyalı vingerin "Kral klubu"nda qalacağını bildirib:

"Vinisius ayrılmaq barədə düşünmür. O, "Real Madrid"i sevir. Burada uğur qazanmaq istəyir, Vini bilir ki, bu klub onun gələcəyidir. Onun fikri komandada qalmaqdır".

Qeyd edək ki, Vinisius Juniorun "Real"la sözləşməsi 2024-cü ilin yayında başa çatır.