İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az "teamTALK"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi "Selta Viqo"nun hücumameyilli yarımmüdafiəçisi Qabri Veyqanı transfer etmək üçün hərəkətə keçib.

Məlumata görə, "qırmızılar" 20 yaşlı futbolçunun keçidini yayda həll edəcək.