"Vilyarreal" klubu müdafiəçisi Raul Albiolla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, tərəflər 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş sözləşmə şərtlərini razılaşdırıblar.

Qeyd edək ki, ispaniyalı futbolçu "Villareal" forması ilə 155 rəsmi matçda iştirak edib və 1 dəfə Avropa Liqası qalibi olub.