"Real Madrid" bu yayın ən səs-küy gətirəcək transferlərindən birinə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" "Borussiya"nın ulduzu Cud Bellinqemlə razılıq əldə edib. Bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb. Danışıqlar son mərhələdədir, yeni görüş "Borussiya Dortmund" və "Real" arasında baş tutacaq. 

"Marca"nın məlumatına görə, Bellinqemlə maraqlanan digər İngiltərə klubları "Liverpul" və "Mançester Siti" geri çəkilib.

19 yaşlı ingiltərəli yarımmüdafiəçi ilə razılığın əldə olunmasında klubun agenti Juni Kalafatın böyük rolu olub. O, daha öncə Vinisius Junior, Rodriqo, Endrik, Eder Militao kimi talantlı futbolçuların "Real"a transferində vacib rol oynayıb.